Nəqliyyat müfəttişləri sürücünün həyatı ilə oynadı – Novxanıda "ralli" - VİDEO

Nəqliyyat Departamentinin işçilərinin taksi və yük maşınlarının sürücülərinə qarşı bu günə qədər qeyri-qanuni əməllərinin və fiziki təzyiqlərinin dəfələrlə şahidi olmuşuq. Avtosfer.az interaz-a istinadən xəbər verir ki, departament işçilərinin özbaşınalığından və qeyri-qanuni əməllərini əks etdirən növbəti görünütülər yayımlanıb. Sözügedən görüntü avtomobillərdən birinə quraşdırılan video registr tərəfindən Masazırdan Novxanı kəndinə gedən yolda lentə alınıb. Video kadrlardan açıq aşkar görünür ki, departament işçiləri yük daşıyan avtomobilin dalınca düşərək kobud yol qaydaları pozuntuları ilə onu dayandırmaq istəyirlər. Lakin sonda yük maşının sürücüsü departamentin işçilərinin ondan əl çəkmədiyini görüb, dərhal yolunu dəyişərək arxasınca gələn maşınları azdırır. Sürücü avtomobillə manevr edərkən, qarşıdan gələn Kamaz markalı avtomobillə toqquşmadan son anda qurtula bilir.
Qeyd edək ki, Nəqliyyat Departamentinin bu cür öz başınalıqları və qanundan kənar hərəkətləri neçənci dəfədir baş verir. Bu günə qədər bu tip problemlər dəfələrlə ictimailəşdirilsə də Nəqliyyat Nazirliyi bir neçə müfəttişi cəzalandırmaqla kifayətlənib. Lakin sürücüləri boğaza yığan departament işçiləri ilə bağlı köklü şəkildə tədbirlərin həyata keçirildiyi gözə dəymir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










