Nəqliyyat Nazirliyi sürücülərə qarşı reydlər keçirir – FOTO

Bakıda ictimai nəqliyyat vasitələrində təhlükəsizliyin təmin edilməsinə yönəldilmiş reydlər keçirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən oxu.az-a daxil olan məlumata görə, bu gündən etibarən sərnişindaşımada yol verilən qayda pozuntularına qarşı aparılan mütəmadi reydlərə başlanılıb.
Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC vətəndaşlara müraciət edərək bildirir ki, sərnişin nəqliyyatının işinə mane olan amillərə: avtobus dayanacağında digər nəqliyyat vasitələrinin dayanmasına, avtobusların dayanacaqdan kənar saxlamasına, avtobuslarda və dayanacaqlarda təmizliyə riayət edilməməsinə və bu kimi digər neqativ faktorlara biganə qalmayaraq, belə hallarla rastlaşdıqda, dərhal “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin qaynar xətti olan (012) 561-76-28/29 nömrələrinə , ən yaxın dayanacaqdakı dispetçerə və ya NİİM-in 141 Qaynar Xəttinə zəng etmələri xahiş olunur.
“Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC marşrut avtobuslarından istifadə edən sərnişinlərə müraciət edərək yalnız dayanacaqda avtobusu gözləməyi və dayanacaqdan kənar yerlərdə avtobusu saxlamağı sürücüdən tələb etməməyi də xahiş edib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












