Nəqliyyat problemlərinin həlli üçün təkliflər hazırlanıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) 2014-cü ildə görülmüş işlər barədə hesabatını açıqlayıb. Mərkəzdən verilən məlumata görə, 2014-cü ildə qurum tərəfindən nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyatın hərəkəti barədə məlumatların nəqliyyat istifadəçilərinə çatdırılması, aidiyyəti dövlət qurumları ilə birlikdə nəqliyyatın vəziyyəti ilə bağlı problemlərin müzakirəsi və həll edilməsi istiqamətində müəyyən işlər görülüb. Sistemin stabil işləməsi məqsədilə, aidiyyəti qurumlara NİİM tərəfindən il ərzində mütəmadi olaraq müraciət məktubları hazırlanıb göndərilib. Şəhər sərnişindaşımaları sahəsində xidmət keyfiyyətini yüksəltmək, şəhərdə nəqliyyat tıxaclarının və digər nəqliyyat problemlərinin aradan qaldırılması məqsədilə Mərkəz tərəfindən bir sıra təkliflər işlənib hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara (Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, “BSN” MMC, “Azəryolservis” ASC və s.) təqdim edilib.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












