"Nərimanov" və "Gənclik"də təmir başladı - VİDEO

Metronunu Nəriman Nərimanov və Gənclik stansiyalarında təmir işlərinə start verilib. ANS TV-nin məlumatına görə, təmir işlərinin aparılmasında məqsəd keçidlərdə köşklər yığışdırıldıqdan sonra mərmərlərin sıradan çıxarılmasıdır. Bir neçə gündür ki, başlanılan təmir işləri I Avropa Oyunlarına hazırlıq məqsədi daşıyır. Həmçinin metronun cari işləri sırasında yer alıb. Təmir işləri stansiyaların keçidlərində aparılır. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir ki, hazırda Nəriman Nərimanovda və Gənclik stansiyasında söküntü işləri gedir. Keçidlər və yuxarı vestibüllərdə üzlüklər dəyişdirilir və keçidlərin divarlarında olan daşların hamısı sökülüb. Onun sözlərinə görə, sökülən üzlük daşlar daha da müasir daşlarla əvəz olunacaq. Həmçinin döşəmənin də yenilənməsi nəzərdə tutulub. Sözügedən staqsiyalarda bütün kommunikasiya xətləri də təzələri ilə əvəz olunacaq. Təmir işlərinin yaxın 3 ay ərzində yekunlaşacağı gözlənilir. Bu stansiyalarda işlər bitdikdən sonra digər stansiyalarında bərpasına başlanılacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












