Nigar Camalın avtomobilinə yolda HÜCÜM ETDİLƏR - ANBAAN VİDEO

Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camalın avtomobilinə hücüm olunub.
Avtosfer.az xəbər verir ki, müğənni bununla bağlı sosial şəbəkədə görüntülər paylaşıb.
Hadisə ötən gün saat 16:39 radələrində 28 may metrosuna yaxın ərazidəki yolda baş verib.
Belə ki, Nigar avtomobili ilə yolla hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinin sürücüsü onun qarşısına keçib.
Daha sonra avtomobildən enən şəxs Nigarın avtomobilinə yaxınlaşaraq, ondan pəncərəni açmağı tələb edib. Nigarın pəncərəni açmadığını görən şəxs onun avtomobilinin yan hissəsinə zərbələr endirib, güzgünü sındırıb. Nigar isə anbaan həmin hadisəni çəkərək sosial şəbəkədə yayımlayıb.
Baş verən hadisə həm sosial şəbəkədə, həm də cəmiyyətdə birmənalı qarşılanmayıb. Onlar Nigar Camalın avtomobilinə hücum edən şəxsi linç edərək, hüquq mühafizə orqanlarının bu məsələyə obyektiv yanaşmalarını istəyiblər.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?











