“Nissan” 10 mindən çox iş yerini ixtisar edəcək

“Nissan Motor” dünya üzrə 10 mindən çox əməkdaşını işdən çıxaracaq və bununla da elan edilən ixtisarların ümumi sayı 20 minə çatacaq.
Avtosfer.az xəbər verir ki, Yaponiyanın NHK dövlət telekanalının məlumatına görə, bu, şirkətin işçi qüvvəsinin təxminən 15 faizini təşkil edir.
Şirkətdən yaydığı məlumata görə, mart ayında başa çatmış maliyyə ilində 80 milyard yen həcmində proqnozlaşdırılan xalis zərərin 700-750 milyard yen arasında olacağı gözlənilir.
“Biz maliyyə ili üçün proqnozumuzu diqqətlə yeniləyir, bununla bağlı fəaliyyətimizin və istehsal obyektlərimizin maliyyə hesabatını ətraflı yoxlayırıq. “Nissan” Şimali Amerika və Cənubi Amerikada, həmçinin Avropa və Yaponiyada 500 milyard yendən çox dəyər azalmaları ilə qarşılaşıb. Əlavə olaraq, ümumilikdə 60 milyard yendən çox yenidənqurma xərcləri də meydana gəlib”, - deyə kompaniyanın icraçı direktoru İvan Espinosa bildirib.
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












