“Nissan” Yaponiyadakı zavodlarını bağlayacaq

“Nissan” şirkəti ölkə daxilində və xaricdəki bəzi zavodlarını bağlamaq qərarına gəlib.
Avtosfer.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, “Nissan” Yaponiyadakı iki müəssisədə istehsalı dayandırmağı planlaşdırır. Bağlanacaq müəssisələrdən biri 1961-ci ildən fəaliyyət göstərən və ildə təxminən 240 min avtomobil istehsal etmək gücündə olan “Oppama” zavodudur. 2024-cü ilin sonunda bu müəssisədə təxminən 3900 nəfər işləyirdi. İkinci namizəd isə “Senan” zavodudur. İldə 150 min kommersiya avtomobili istehsal edən müəssisənin işçilərinin sayı təxminən 1200 nəfərdir. Hər iki zavodun bağlanacağı təqdirdə “Nissan”ın Yaponiyada cəmi üç montaj zavodu qalacaq.
Avtomobil istehsalçısının optimallaşdırma siyasəti bir sıra xarici müəssisələrə də təsir edəcək. Belə ki, Cənubi Afrika, Hindistan, Argentina və Meksikadakı müəssisələr də bağlananlar sırasındadır. Maddi sıxıntıda olan “Nissan” bu yolla cari xərclərini azaltmağa çalışır.
Bir müddət öncə şirkətin yeni baş direktoru İvan Espinosa böhran əleyhinə strategiyanın bir hissəsi olaraq 2027-ci ilədək dünya üzrə yeddi zavodun bağlanacağını elan edib. Bu, ümumilikdə 20 min iş yerinə – “Nissan”ın ümumi işçi qüvvəsinin təxminən 15 faizinə təsir edəcək.
Daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












