"Niva"nın yeni modeli belə olacaq — FOTOLAR

Lada Niva Travel modelinin yeni imkanları məlum olub. F-Design şirkəti bu avtomobil üçün xüsusi offroud dəsti hazırlayıb. Yeniliklər sırasına palçıq təkərləri, xarici hava qəbulu sistemi və damda yerləşən ekspedisiya baqajı daxildir. Avtosfer.az xəbər verir ki, avtomobilin eksteryerində gizli quraşdırılan bucurqad, gücləndirilmiş asqı və dartı qüvvəsini artıran blokirovka sistemləri də yer alıb.
Mühəndislər baqaj hissəsinin funksionallığını artırmaq üçün maraqlı həllər təklif ediblər. Arxa qapının daxili tərəfində balta və bel kimi avadanlıqların bərkidilməsi üçün xüsusi yerlər ayrılıb. Eyni zamanda baqajda ev heyvanlarının daşınması üçün qoruyucu tor quraşdırılıb. Ehtiyat təkərin içində isə kəndir və digər kiçik alətlərin saxlanılması üçün kilidli orqanayzer yerləşdirilib.
Avtomobilin damında əlavə işıqlandırma paneli quraşdırılıb ki, bu da gecə vaxtı çətin yollarda hərəkəti asanlaşdırır. Təkmilləşdirmə paketinin yekun qiyməti müştərinin seçdiyi detallardan asılı olaraq dəyişəcək. Bu yeniliklərlə paralel olaraq Lada Niva modelinin ağır yol şəraiti üçün nəzərdə tutulan Tayqa versiyası da təqdim edilib (Demokrat.az).




Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












