Nömrəsi 99-la başlayan maşın sahiblərinə pis xəbər

Dövlət Yol Polisi rayon maşınlarının paytaxta girişinə məhdudiyyət qoyulmasından sonra yollarda sıxlıq və tıxacların xeyli azaldığını iddia edir. Avtosfer.az «trend»ə istinadən xəbər verir ki, DYP-dən bildirilib ki, hər halda son 6 gün ərzindəki vəziyyət əvvəlkindən çox fərqlidir. Yol Polisindən bildirilib ki, yaxın vaxtlarda "Nömrətanıma" sistemi işə düşəcək. Bu sistem vasitəsilə Bakı qeydiyyatında olan və olmayan avtomobillər avtomatik qaydada müəyyən ediləcək. "99” seriyalı avtomobillərin Bakı və ya rayon qeydiyyyatlı olması məsələsi də yalnız texniki vasitələrin köməyi ilə öz həllini tapacaq. Hazırda yollarda sıxlıq yaranmaması üçün belə nömrəli avtomobillər yoxlanılmır. Lakin "nömrətanıma" sistemi tətbiq edilsə, avtomobilin harada qeydiyyatda olması avtomatik göstəriləcək və konkret olaraq məhz həmin avtomobillər saxlanılacaq. "Nömrətanıma" sistemi həm patrol avtomobillərində, həm də stasionar kameralarda var. Lakin bununla bağlı müvafiq proqram və dəqiq məlumat bazası olmalıdır ki, sistem onları konkret müəyyən edə bilsin”.
Xatırladaq ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaqlar. Onlar yalnız gecə saat 24:00-dan səhər saat 07:00-a qədər Bakıya daxil ola bilərlər.
Bakıya fərdi avtomobili ilə gələnlər nəqliyyat vasitəsini şəhərin cənub və şimal girişlərində yaradılan duracaqlarda saxlamalıdırlar. Bununla əlaqədar paytaxta şimal və cənub istiqamətlərindən gələn avtonəqliyyat vasitələri üçün Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığındakı duracaqlar yaradılıb. Duracaqlardan istifadə ödənişsizdir.
Hələlik 2 duracaq istifadəyə verilib. Yaxın gələcəkdə onların sayı 3-ə çatdırılacaq.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










