Norveçdən daha bir elektromobil rekordu - FOTO

Neft ölkəsi olan Norveçdə 2022-ci ildə daha bir maraqlı vəziyyət qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, ötən il ölkədə satılan təzə avtomobillərin təxminən 80%-ni elektromobillər təşkil edib. Bu siyahıya doldurulabilən hibridləri də əlavə etsək rəqəm 90%-ə yaxın olar. Müqayisə üçün deyək ki, digər Avropa ölkələrində orta göstərici 13% ətrafında dəyişir.
Rəqəmlərə diqqət edək: ötən il 138 292 təzə elektromobil satılıb ki, bu da bazarda 79,3% pay deməkdir. Ölkədə 14 817 doldurulabilən hibrid, 9 780 adi hibrid satıldığı halda cəmi 6 275 benzin, 5 404 Dizel mühərrikli avtomobil satılıb. Başqa sözlə, benzin və dizel avtomobillərin bazar payı 6,7% olub.
Ölkədə ən çox satılan elektromobillərə gəlincə:
Tesla Model Y: 17 356 ədəd,
Volkswagen ID.4/ID.4 GTX: 11 561 ədəd,
Skoda Enyaq: 7 133 ədəd,
BMW iX: 6 127 ədəd,
Volvo XC40: 5 279 ədəd,
Hyundai IONIQ 5: 5 044 ədəd,
Audi Q4 e-tron: 4 928 ədəd,
Audi e-tron: 4 740 ədəd,
Polestar 2: 4 692 ədəd,
Ford Mustang Mach-E: 4226 ədəd satılıb.
Bu ildən bəzi istehsalçılar Norveçə ənənəvi mühərrikli avtomobil satışını dayandırır. Məsələn, 2 ildir bu şimal ölkəsinə yalnız hibrid və elektromobil gətirən “Hyundai” bu ildən yalnız elektromobil satır.
Təmiz avtomobillərin satışı təşviq edildiyi üçün maraq da böyükdür. Ölkədə 200 000 kronadək (87 000 AZN) elektromobillərin satışı vergidən azaddır. ənənəvi avtomobillərə isə yanvarın birindən mühərrik həcmi ilə yanaşı kütləyə görə də vergi tətbiq olunur. Bu da bahalı krossoverlərin və lüks sedanların istismar xərcini ciddi şəkildə artırır.
Vüqar
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO












