Nyu-Yorku vahimə bürüdü – VİDEO

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərindəki azadlıq heykəlinin üzərində naməlum uçan obyekt müşahidə edilib. Bu barədə İnternet istifadəçisi Skott Kensinqton öz youtube səhifəsində video yerləşdirib. O, həyat yoldaşının, heykəlin görüntüsünü çəkdiyi zaman videoda naməlum obyekt qeydə aldığını iddia edir. Videoda görünən obyekt yumru formadadır, o bir müddət havada asılı vəziyyətdə qalır. ATVxəbər.az bildirir ki, internet istifadəçiləri bu barədə müxtəlif fikirlər yazıblar. Onlar bu obyektin yer səthini çəkən aparat olması versiyasını irəli sürsələr də videonun müəllifləri israrla öz fikirlərindən dönməyərək obyektin məhz yadplanetlilərə aid olmasını vurğulayib və bunu kürənin birdən birə yoxa çıxması ilə izah ediblər. Qeyd edək ki, bir qədər əvvəl belə bir görüntü Böyük Britaniyada çəkilmişdi. Orda iki nəfər səmada rəngdən rəngə çalan qəribə obyekt görərək onu lentə almışdılar.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












