Oğrular bu vasitə ilə avtomobilinizi qaçıra bilər - Diqqət - VİDEO

Əgər siz avtomobilinizin qapısında qəpik görürsünüzsə, dərhal hərəkətə keçin. Bu avtomobil oğurluğunun bir növüdür. Bu ildən etibarən, diqqətlə avtomobillərinizin bütün qapılarını yoxlayın və daha sonra maşınınıza oturun. Çünki oğruların hal-hazırda yəqin ki heç birinizin eşitmədiyi yeni oğurluq üsulları var. Artıq maşınların daha yaxşı siqnalizasiya sistemləriylə qorunması, oğruları da yeni üsullar fikirləşməyə məcbur edib. Maşın yarmağın yeni üsulu da məhz bu qəpiklərlə həyata keçirilir. Belə ki, maşına oturmamışdan əvvəl hər dörd qapısına diqqətlə baxaraq, fotoda göstərilən hissələrə qəpik yerləşdirilmədiyinə əmin olun. Əgər buna əhəmiyyət və ya fikir vermədən, sürüb gedərsinizsə, ilk əvvəl heç nə baş verməyəcək. Ən maraqlısı gecə baş verəcək. Siz evə gələndə..
Siz rahatlıqla evinizə gələcək və heç bir şeydən şübhə duymayacaqsınız. Çünki maşınınızı uzaqdan idarəetmə mexanizmiylə kilidlədiyinizə əminsiniz. Lakin, məhz bu qəpiklərin sayəsində qapılardan biri bağlanmır və nəticədə də oğrular asanlıqla qapıları açır. Oğrular Hüseyin Süleymanovun avtomobilini qarət etmək üçün qeyri-adi üsulu seçiblər. Onlar avtomoilin arxa qapısının dəstəyinə qəpik qoymaqla bağlanmasına mane olublar. Ancaq maşının qapısını bağlayıb evə getmək istəyən sürücünün diqqəti oğurluğun qarşısını alıb. Avtomobil ustaları bildirirlər ki, oğrular eyni üsul vasitəsi ilə əksər avtomobilin qapısını aça bilərlər. Sürücülərin bu tələyə düşməməsi üçün ustalar daha diqqətli olmağı məsləhət görür
Maşınlarınızı kilidləyəndə diqqətli olmağı unutmayın!
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










