Onları daha sərt cərimə edəcəklər – Qanun dəyişir

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən onu idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə yeni cəzaların tətbiq edilməsi təklif edilir. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, barədə məsələ parlamentin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Məcəllənin 152-3-cü maddəsinə təklif edilən əlavə görə, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat miməbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə edilir.
Digər əlavəyə görə isə nəzərdə tutulmuş bu xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5 min manat miqdarında cərimə edilir.
Bundan əlavə, yuxarıda qeyd olunan xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə fiziki şəxslər 400 manat məbləğində, vəzifəli şəxslər 800 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 6 min manat məbləğində cərimə edilir.
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem










