Ötən il Gürcüstan Azərbaycana 308 mln. dollarlıq 30 452 avtomobil ixrac edib

2022-ci ildə Gürcüstan Azərbaycana 308 milyon ABŞ dolları dəyərində 30 452 ədəd avtomobil ixrac edib.
Avtofer.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən tədim etdiyi illik hesabatında bildirilib. Qeyd olunub ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 8 490 ədəd və ya 21,8% azalıb, lakin dəyəri 60 milyon dollar və ya 24,1% artıb. 2021-ci ildə Gürcüstan Azərbaycana 248,4 milyon dollar dəyərində 38 942 ədəd avtomobil ixrac edib.
Ötən il Gürcüstanın avtomobil ixracı illik müqayisədə 98% artaraq 903,8 milyon dollara çatıb. Bu, ölkənin ümumi ixracının 16,2%-ni təşkil edib.
Avtomobil ixracı ötən il Gürcüstanın mis filizi və konsentratları ixracından (1 milyard 24 milyon dollar) sonra ikinci əsas ixrac istiqaməti olub.
apa
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












