«Oyunlar zolağı»nda hərəkətə icazə verildi - ŞAD XƏBƏR – VİDEO

Mayın 29-dan Avropa Oyunları zolağına icazəsi olmayan avtomobillərin girişinin qadağan edilməsini bildirən yol nişanları artıq sökülür. Avtosfer.az-ın xəzərxəbər-ə istinadən məlumatına görə, iyulun 1-dən etibarən bu yoldan minik avtomobilləri və ictimai nəqliyyat rahat şəkildə istifadə edə biləcək. Yalnız yük avtomobilindən başqa.
Zolaqlara daxil olan yük avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar. Bir gün ərzində bu qayda bir neçə dəfə pozularsa həmin sürücü o qədər də cərimələnəcək.
Nəzarətə qaldıqda isə buna müşahidə kameraları və ərazidə xidmət aparan polislər diqqət edəcək. Baş dövlət yol polis idarəsinin Siqnal idarəsinin əməkdaşları zolağın yük avtomobillərinə qadağanın edilməsi ilə bağlı nişanlar qoyub. Digər nişanlar isə sökülür. Gün boyu paytaxtın Ziya Bünyadov, Atatürk və Tbilisi prospektlərində yol nişanlarının söküntüsü və yenisinin qoyulması davam etdirilib.
Oyunlar öncəsi rayon qeydiyyatlı avtomobillərin şəhərə buraxılmasına qoyulan məhdudiyyət isə qüvvədə qala bilər. Baş dövlət Yol polis İdarəsidən bildirilib ki, Bakıda nəqliyyat vasitələrinin sıxlığının qarşısını almaq üçün Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən tədbirlər planı hazırlanır. Müvafiq qərar qəbul edilənədək rayon qeydiyyatında olan avtomobillərin paytaxt ərazisinə daxil olmasına tətbiq edilən məhdudiyyət qüvvədə qalacaq.
****
Bakı şəhər Dövlət Yol Polis İdarəsi Sürücülərin diqqətinə çatdırır ki, sarı zolaqda bu gündən minik avtomobillərinin hərəkətinə icazə verilir. Yük avtomobillərinin hərəkəti isə qadağandır və həmin zolaqda hərəkət edən Yük avtomobilləri 40 manat cərimə olunacaq. Minik maşınları isə edilməyəcək!
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










