Pandemiya dövründə hərraca çıxarılan avtomobil REKORD MƏBLƏĞƏ SATILDI

Koronavirus infeksiyası səbəbindən onlayn sistemdə keçirilən auksionlar, rekord satışların şahidi olub. Avtosfer.az xəbər verir ki, hərraclarda satılan klassik avtomobillər, günümüzdə “sıfır” kilometr olaraq satılan ən bahalı maşınları belə geridə qoya bilir.
Belə ki, keçdiyimiz günlərdə “Gooding & Co” şirkətinin keçirdiyi onlayn hərracda bənzər satış həyata keçirilib. 1966-cı il model “Ferrari 275 GTB Long Nose” 3,08 milyon dollara (5,101,360 manat) satılaraq, bu günə kimi onlayn hərracda satılan ən bahalı avtomobil adına sahib olub.
Bildirilir ki, sözügedən markadan sadəcə 206 ədəd istehsal edilib.
Onlayın auksionlarda satılan ən bahalı avtomobil adını, indiyədək 2003 model “Ferrari Enzo” əlində saxlayırdı. Sözügedən maşın 2 ay öncə 2,6 milyon dollara alıcı tapmışdı.
Qeyd edək ki, pandemiyadan əvvəlki dövrlərdə gerçəkləşən hərraclarda isə 1962-ci il model “Ferrari 250 GTO” 2018-ci ildə 48,5 milyon dollara satılaraq ən yüksək məbləğə çatmışdı.
Namiq Musayev





Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












