Payız-qış mövsümünün cəriməsi başlayır – 40 manat

Yol polisi payız-qış mövsümündə su gölməçələrinin olduğu yollarda sürücüləri nəqliyyat vasitələrini ehtiyatla idarə etmələrinin vacib olduğu barədə xəbərdar edib. Avtosfer.az-ın məlumatına görə, DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev milli.az-a açıqlamasında deyib ki, sürücülər yağmurlu havalarda diqqətli olmalı, avtomobili ehtiyatla idarə etməli, sürət həddini elə seçməlidirlər ki, yollardakı palçıqlı su ətrafdakı çirkləndirməsin: «Bəzən avtomobil yüksək sürətlə hərəkət etdikdə yoldakı su səki ilə hərəkət edən insanların üzərinə sıçrayır. Əgər bu hal yol polisi əməkdaşı tərəfindən vizual olaraq görünərsə, polis sürücünü saxlayıb barəsində müvafiq tədbir görə bilər».
Onun sözlərinə görə, yollardakı çirkli suyu piyalara sıçradan sürücülər qanuna əsasən cərimələnilər. Onlar hətta binaları şirkləndirdiyinə görə də məsuliyyətə cəlb olunurlar: "İnzibati Xətalar Məcəlləsinin 155.1.5-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əsasən, sürücülər su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə qırx manat miqdarında cərimə edilirlər. İnanmıram ki, hansısa sürücü qəsdən belə şey etsin, amma bu baş veribsə, onun qəsdən və ya bilmədən etməsinin əhəmiyyəti qalmır. Çünki piyadanın üst-başı bulaşır. Ona görə də istənilən halda məsuliyyət sürücünün üzərindədir".
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













