Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA

Çinin avtomobil ixracının sürətlə artması qlobal avtomobil daşımalarında gəmi tutumuna tələbatı kəskin artırıb və nəticədə avtomobildaşıyan gəmilərin icarə haqları əhəmiyyətli dərəcədə yüksəlib. 2026-cı ilin ilk yarısında Çinin 5 milyondan çox avtomobil ixrac etməsi fonunda daşınma xərclərinin artmasının qarşıdakı dövrdə Çin avtomobillərinin xarici bazarlardakı qiymətlərinə təsir göstərə biləcəyi bildirilir. Çin istehsalı modellərə marağın artdığı Azərbaycan bazarında da bu tendensiyanın avtomobillərin çatdırılma xərclərini və nəticə etibarilə satış qiymətlərini yüksəldib-yüksəltməyəcəyi diqqət doğurur.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırda dünyada daşınma və logistika xidmətlərinin qiymətlərinin demək olar ki, hər altı aydan bir artması müşahidə olunur.

Onun sözlərinə görə, bu isə təbii olaraq daşınan məhsulların maya dəyərinə və son satış qiymətinə təsir göstərən əsas amillərdən birinə çevrilir:
“Avtomobillər də bu prosesdən kənarda qalmır. Xüsusilə avtomobillərin bir ölkədən digərinə daşınması zamanı logistika xərclərinin artması həmin avtomobillərin ümumi maya dəyərinin yüksəlməsinə səbəb ola bilər.
Təbii ki, daşınma xərcləri yüksəldikcə istehsalçılar və idxalçılar da yaranan əlavə xərcin müəyyən hissəsini son məhsulun qiymətinə daxil etməli olurlar. Bu baxımdan, logistika tariflərindəki artım avtomobil bazarında da müəyyən müddətdən sonra özünü göstərə bilər. Lakin hazırda Azərbaycanda avtomobil qiymətlərində bununla bağlı kəskin yüksəlmə müşahidə etmirik. Bazar hələlik bu artımı ciddi şəkildə hiss etmir.
Bununla belə, prosesin təsiri dərhal deyil, müəyyən vaxt keçdikdən sonra özünü göstərə bilər. Əgər daşınma və logistika xərclərinin artımı davam edərsə, xüsusilə payız aylarından etibarən bu artımın avtomobillərin qiymətlərinə müəyyən qədər təsir etməsi mümkündür. Yəni hazırda kəskin bahalaşmadan danışmaq mümkün olmasa da, qarşıdakı dövrdə logistika xərclərinin artmasının avtomobil qiymətlərinə müəyyən dərəcədə əks olunması istisna edilmir”, – deyə ekspert fikrini tamamlayıb.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










