Paytaxtda gecə reydi – Sürücüləri ən yeni vasitə ilə saxlayırlar - VİDEO

Paytaxt polisi yollarda təhlükəsizliyin artırılması məqsədilə təşkil etdiyi reydlərlə sürücülər üzərində nəzarəti gücləndirir. Reydlər əsasən gecə saatlarına təsadüf edir və məqsəd sərxoş və avtoxuliqan sürücülərin aşkarlanması, onların məsuliyyətə cəlb edilməsidir. Ən təhlükəlisi isə sərxoş sürücüdür. O, öz həyatı ilə yanaşı çox vaxt sərnişinlərinin də həyatını təhlükəyə atır. Bunun üçün də Bakı şəhər BDYPİ-nin müfəttişləri belə bir sürücü aşkar etdikdə düşünmədən özünü alkoqol sərxoşluğunun təyin edilməsi məntəqəsinə, onun avtomobilini isə cərimə dayanacağına aparmalı olur.
Sürücü Yusif Qasımov da idarə etdiyi VAZ 21099 markalı avtomobilin cərimə dayanacağına aparılmaması üçün müqavimət göstərməyə də hazır görünürdü.
Bakının Səbail rayonu ərazisində saxlanılan sürücü də sərxoş halda sükan arxasına əyləşməklə yanaşı, onun hər hansı bir sənədi də yox idi. Gənc sürücünün idarə etdiyi “Niva” markalı avtomobil Teymur Elçin küçəsində saxlanılıb. Bu cür reydlərin bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi bildirilir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












