Pərdə sezonu başa çatdı - 150 manat cəriməsi var

Qanuna uyğun olaraq hər il olduğu kimi bu il də may ayının 1-dən etibarən avtomobillərin yan şüşələrində sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkalara verilən icazə noyabrın 15-də başa çatır. Buna görə də bir neçə güdən sonra yol polisi əməkdaşları avtomobillərdə pərdə və jalüz aşkar edərsə, cərimələr tətbiq ediləcək. Kustar üsulla hazırlanmış və quraşdırılan pərdələrə isə ümumiyyətlə icazə verilmədiyindən təkcə ötən həftə ərzində 49 sürücü cərimələnib. “Noyabrın 16-dan etibarən idarə edilən nəqliyyat vasitələrinin şüşələrinin görünüşünü məhdudlaşdıran və şəffaflığı korlayan - pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismar edilməsi “Yol hərəkəti haqqında” qanun tələbinə əsasən inzibati xəta hesab edilir. Və bunu edən şəxslər 150 manat məbləğində cərimə olunacaqlar”, – deyə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













