Pərdəyə görə cərimələnən sürücülərin sayı açıqlandı

Bu gün səhər saatlarında Bakıda pərdə və jalüzlərdən istifadəyə görə 11 sürücü cərimələnib. Bunu "Report"a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. O qeyd edib ki, pərdə və jalüzlərdən istifadə edən sürücülər müxtəlif yollarla məsuliyyətdən yayınmağa çalışıblar: "İnzibati məsuliyyətə cəlb olunan 11 sürücüdən 7-si pərdə və jalüzlərdən istifadəyə verilən icazənin bitməsindən məlumatsız olmasını, 4 nəfəri isə bunu unutması ilə əlaqələndirərək məsuliyyətdən yayınmağa çalışıb. Lakin hər bir sürücü bilməlidir ki, qəsdən və ya ehtiyatsızlıq üzündən "Yol hərəkəti haqqında" qanun tələblərini pozan sürücülər kimliyindən asılı olmayaraq cərimələnəcək".
Şöbə rəisi bildirib ki, sənayə üsulu ilə hazırlanan pərdə və jalüzlərin istifadəsinə verilən icazənin bitməsi ilə bağlı bu gündən etibarən yol polisi paytaxt Bakıda reydlərə başlayıb: ""Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələblərinə əsaslanaraq, görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan, sənaye üsulu ilə hazırlanan plyonka, pərdə və jalüzlərin quraşdırılaraq avtomobillərin istifadəsi faktlarına görə inzibati məsuliyyət tətbiq olunur. Bununla əlaqədar bir neçə gün öncədən KİV vasitəsi ilə məlumat yayılıb və sürücülərə xəbərdarlıq olunub. Qanunun tələbinə əməl etməyən sürcülər 150 manat cərimələnəcək".
V.Əsədov əlavə edib ki, kustar üsulla hazırlanan pərdə və jalüzlərin istifadəsi yay mövsümü ilə əlaqədar verilən icazə müddətində də qadağandır: "Bu ilin ötən dövründə kustar üsulla hazırlanan pərdə və jalüzlərdən istifadəyə görə 3 000-dən artıq sürücü barəsində inzibati protokol tərtib edilib. Təkcə ötən həftə kustar üsulla hazırlanan pərdə və jalüzlərə görə isə 49 sürücü cərimələnib".
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem










