Pivə içə-içə “Ferrari” sürən azərbaycanlı saxlanıldı - FOTO

Çexiyada dərc olunan qəzetlər yazır ki, polis paytaxt Praqanın mərkəzindəki «Wenceslas» meydanında 22 yaşlı azərbaycanlının sərxoş vəziyyətdə idarə etdiyi avtomobili saxlayıb. Çexiyada dərc olunan qəzetlər yazır ki, polis paytaxt Praqanın mərkəzindəki «Wenceslas» meydanında 22 yaşlı azərbaycanlının sərxoş vəziyyətdə idarə etdiyi «Ferrari» avtomobilini saxlayıb.
Bu da bildirilir ki, polis maşını saxlayanda sürcünün ayaqları arasında saxladığı pivə şüşəsini görüb. Başqa bir açıq pivə tənəkəsi də maşının stəkanlığında olub.
Polis deyir ki, avtomobil meydanın yalnız piyadalar üçün nəzərdə tutulmuş hissəsində saxlanıb.
Yoxlama zamanı sürücünün içkili olduğunu üzə çıxıb. Polis güman edir ki, gənc avtomobili pivə içə-içə idarə edirmiş. Bələdiyyə polisi sürücünü dövlət polisi idarəsinə təhvil verib.
«Azadlıq» radiosu 22 yaşlı sürücünün kimliyini dəqiqləşdirməyə çalışır. «Ferrari»nin bu modeli 150-170 min dollar civarındadır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR















