Piyadaların keçə bilmədiyi keçidlər - VİDEO

Paytaxtın bəzi yollarında piyada keçidləri avtobuslar üçün nəzərdə tutulan dayancaqların içərisində çəkilib.Belə vəziyyətdə piyadalar həm keçiddən keçə bilmirlər, həm də qəza şəraiti ilə üz-üzə qalırlar. Əməkdaşlarımız həmin ərazilərdə olublar və piyadaların gün ərzində çətinliklərlə qarşılaşdığının şahidi olublar.
Dayanacaqda avtobuslar dayananda isə piyadaların yolu necə keçəcəyi maraq doğurur.
Görüntülər paytaxtın Nərimanov rayonu Fətəlixan Xoyski küçəsindən, daha dəqiq desək 5 nömrəli şəhər xəstəxanasının qarşısındandır. Dayancaqda olan piyadalar bu yolu keçməkdə çətinlik çəkir.
Bura isə paytaxtın Binəqədi rayonu Əhməd Rəcəbli küçəsidir. Burdada eyni vəziyyət var. Avtobus dayancağı istiqamətində piyada zolağı çəkilib. Piyadalar belə vəziyyətdə qəza şəraitinə səbəb olurlar.
Ekspert Ərşad Hüseynov deyir ki, bu piyada keçidlərinin çəkilməsi zamanı yol hərəkətinin təşkili qaydası pozulub. Belə vəziyyətdə nə piyada, nə də avtobus sürücüsü məsuliyyətə cəlb oluna bilməz.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












