Piyadanı öldürüb qaçan sürücüyə ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Rövşən Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rövşən Nəzərov 7 il müddətinə azadlıqdan məhrum edilib. Sabunçu rayonu ərazisində Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rövşən Nəzərov idarə etdiyi “VAZ-2107” markalı maşınla hərəkət edən zaman yolu keçən piyadalar - 1979-cu il təvəllüdlü Nazim Vəliyevi və 1980-ci il təvəllüdlü Tofiq Qasımovu vurub.
Qəza nəticəsində xəsarət alan Tofiq Qasımov hadisə yerində dünyasını dəyişib. Digər yaralı Nazim Vəliyev 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.
Sürücü Rövşən Nəzərov hadisə yerindən qaçsa da, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ittiham edilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rövşən Nəzərov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












