Piyadanı vurub qaçan «avtoş» həbs edildi

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü həbs edilib. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Avtosfer.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, paytaxtın Nəsimi rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək məsuliyyətə cəlb olunub. Belə ki, avqustun 7-də saat 04:30-da rayonun A.Mustafayev küçəsi 3007-ci məhəllənin qarşısında naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Namazov Məzahir Sədi oğlunu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı
xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “VAZ 21725” markalı AZ 04-BL-046 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ağcabədi rayonu, Hindarx kənd sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Xalıq Allahverən oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Elmin
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










