Plyonkaya görə 151 protokol yazılıb

Son bir həftə ərzində Bakıda avtomobilinin şüşəsində plyonka ilə hərəkət edən 151 sürücüyə inzibati protokol yazılıb. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulma müddəti başa çatdığından noyabrın 16-dan etibarən yol polisi tərəfindən keçirilən reydlər zamanı sürücülər müxtəlif bəhanələr gətiriblər: "Bəziləri avtomobilinin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulma müddətinin başa çatması barədə məlumatının olmadığını, bəziləri plyonkaları sökməyi unutduqlarını deyirlər. Bəziləri isə bildirir ki, avtomobili guya uzun müddətdir ki, idarə etmirlər. Bununla sürücülər məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Lakin onlar bilməlidirlər ki, unutqanlıq və ya xəbərsizlik onları məsuliyyətdən azad etmir".
Bölmə rəisi sürücüləri bir daha Bakı şəhər Dövlət Yol Polisi İdarəsi adından xəbərdar edib: "Sürücülər pərdə, jalüz və plyonkaları söksünlər. "Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standarta əsasən, avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulma müddəti artıq başa çatıb. Bizim əməkdaşlarımız paytaxt boyu dislokasiya olunublar və belə hallara rast gəldikcə həmin avtomobillərin sürücüləri cərimə olunacaqlar. Cərimənin miqdarı isə heç də az deyil. "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən, avtomobili belə halda idarə sürücülər 150 manat cərimə olunurlar".
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












