"Porsche" dirəyə çırpılıb ortadan bölündü - VİDEO

Dünən səhər saatlarında Rusiyanın paytaxtı Moskvada dəhşətli yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Bolşaya Yakimanka küçəsində "Porsche 911" markalı maşın ortadan bölünüb. Bahalı maşının qəzaya uğramasına səbəb yüksək sürət həddi olub. Sürət həddinin artması ilə bağlı olaraq sürücü idarəetməni itirib və dirəyə çırpılıb. Maşın zərbənin təsirindən ortadan iki yerə bölünüb.
Hadisə nəticəsində iki nəfər ölüb. Bunlar sürücü və maşındakı sərnişin olub. Maşının sürücüsü İrkutsk vilayətinin keçmiş qubernatorunun oğlu 23 yaşlı İqor Esipovski olub.
Baş verən qəza anbaan müşahidə kameraların yaddaşına düşüb. Kameraların çəkdiklərindən aydın görünür ki, bahalı maşın yüksək sürətlə hərəkət edib. Zərbənin təsirindən avtomobildəkilərdən birinin meyiti hətta pəncərədən çıxaraq bir neçə metr sürünüb və yolun hərəkət olan hissəsinə düşüb.
Keçmiş qubernator özü 2009-cu ilin may ayının 10-da işgüzar səfəri zamanı içərisində olduğu helikopterin qəzaya uğraması nəticəsində ölmüşdü.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










