Prezidentin sürücüsü də deputat seçilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana 20 il könüllü sürücülük edən Ahmed Hamdi Çamlı noyabrın 1-də keçirilən seçkidə millət vəkili seçilib. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Ahmed Hamdi Çamlı hakim Ədalət və İnkişaf Partiyasının namizədi olaraq deputat seçilib.Xəbərdə bildirilib ki, Ahmed Hamdi Milli Nizam və Milli Səlamat Partiyasının qurucularından biri, Zeki Çamlının oğludur. Ahmed Hamdi Çamlı əvvəllər Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın sürücüsü olub.
O, Rəcəb Tayyib Ərdoğan İstanbul Böyük Bələdiyyəsi sədrliyinə namizəd olandan könüllü sürücülük edib. Ahmed Hamdi Çamlının 14 yaşı olanda Rəcəb Tayyib Ərdoğanla birlikdə Metris həbsxanasında qalıb. Ölkə prezidenti onu Rizədən olan keçmiş millət vəkili Şevki Yılmazın qardaşı qızı ilə evləndirib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












