Protezlə təmin olunan Vətən müharibəsi qazilərinin sayı AÇIQLANDI

2020-ci il ərzində 11 344 əlilliyi olan vətəndaş 35 min protez - reabilitasiya vasitəsi ilə təmin edilib. Bu isə 2019-cu ilin nəticələrinə nəzərən 17 faiz çoxdur.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov deyib.
O bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən əlil olan şəxslər yüksək texnologiyalı protezlərlə təmin edilir və bundan sonra da ediləcək:
“Bütün bu hallara baxılması üçün sağlamlığında məhdudiyyət olan şəxslərin hər biri individual olaraq agentliyin reabilitasiya müəssisələrinə cəlb olunacaq. Əlilliyi olan şəxslər ehtiyac yaranarsa, 2021-ci ildə mühərrikli arabalar ilə də təmin olunacaqlar”.
Agentliyin sədri əlavə edib ki, artıq Vətən müharibəsi zamanı yaralanmış vətəndaşlardan ehtiyacı olan yeddi hərbçi yüksək texnologiyalı müasir protezlərlə, 9 nəfər təkərli araba ilə təmin edilib və ümumi reabilitasiya vasitələrinin sayı 1 221-dir.
C.Əbdül-Qədirov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələri 8 mindən yuxarı ailəni ziyarət edib, onların sosial-məişət və tibbi ehtiyaclarını öyrənib.
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır











