Pulsuzluq Putinin sevimlisini vurdu – “Aurus” layihəsi donduruldu

Rusiya hökuməti maliyyə çatışmazlığı səbəbilə “Aurus” layihəsi çərçivəsində vahid modul platformanın hazırlanmasını dayandırıb. 2024-cü ildə layihə üçün 160 milyard rubl ayrılması planlaşdırılsa da, 2026–2028-ci illəri əhatə edən yeni federal büdcədə bu məqsədlə vəsait nəzərdə tutulmayıb.
Avtosfer.az "Bakupost"a istinadən xəbər verir ki, Dövlət Dumasında çıxış edən Sənaye və Ticarət naziri Anton Alixanov bildirib ki, büdcə məhdudiyyətləri səbəbilə kapitallaşması yüksək olan bu layihədən müvəqqəti imtina edilib. Onun sözlərinə görə, hazırkı şəraitdə dövlət dəstəyi olmadan yerli istehsalçılar bu cür xərcləri qarşılaya bilməz. Nazirlik diqqəti daha çox kritik komponentlərin, o cümlədən elektrik və hibrid avtomobillər üçün hissələrin lokallaşdırılmasına yönəldir.
“Aurus” avtomobilləri Rusiya Prezidenti Vladimir Putin və nazirlərin daşınması üçün istifadə olunur. Layihə əvvəl “Kortej” adı ilə tanınırdı və dövlət tərəfindən qorunan şəxslər üçün lüks avtomobillərin istehsalını nəzərdə tuturdu. İlk “Aurus Senat” 7 may 2018-ci ildə Putinin andiçmə mərasimində təqdim olunub.
2025–2027-ci illər üçün qəbul edilmiş federal büdcədə layihəyə 80 milyard rubldan çox vəsait ayrılmışdı. Lakin 2026–2028-ci illər üçün büdcə layihəsində vahid modul platforma və FQUP “НАМИ” üçün subsidiyalarla bağlı heç bir qeyd yoxdur.
Rəsmi açıqlamalarda “Aurus” avtomobillərinin mühərrik və əsas aqreqatlarının Rusiyada istehsal edildiyi bildirilsə də, gömrük məlumatlarında bunun tam yerli istehsal olmadığını göstərilir. Məlumata görə, 2025-ci ilin yanvar–mart aylarında Şeremetyevo gömrük postu vasitəsilə “Aurus Senat” avtomobilləri üçün mühərrik yığımı məqsədilə Almaniya istehsalı olan filtrasiya qurğuları, muftalar, maxoviklər və digər komponentlər idxal olunub.
Göndərən tərəf Türkiyədə qeydiyyatdan keçmiş “Yeni Ufuklar Makina Kimya Dis Tic. Ltd. Sti.”, alıcı isə Rusiyada fəaliyyət göstərən “VRS Dijital” MMC olub.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










