"Purjun"a müdaxilə edən sürücüləri nə gözləyir? - AÇIQLAMA

Avtoxəbər 4 Sentyabr 2026 18:34
"Purjun"a müdaxilə edən sürücüləri nə gözləyir? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Aydın məsələdir ki, avtomobilin asqı sisteminə müdaxilə etmək düzgün deyil və qanunsuzdur. Buna baxmayaraq, bəzi avtomobillərin yaylarına müdaxilə edilir. Həmin maşınlar cərimə meydançasına aparılır və orada asqı yayları dəyişdirilir. Halbuki, asqı yaylarının bu kimi şəraitdə, belə kustar üsullarla dəyişdirilməsi tamamilə təhlükəlidir.

Ümumiyyətlə, asqı yayına görə avtomobilin cərimə meydançasına aparılması qanunidirmi və aparılıbsa, zavod halına elə orada qaytarılmalıdır?

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında yaylara müdaxilə etmək olmaz və qanuna görə belə avtomobillər hərəkətdən kənarlaşdırılmalı olduğunu deyib: 



"Yəni elə hallar var ki, həmin avtomobilin yolda hərəkəti dayandırılmalıdır. Bu da müxtəlif üsullarla həyata keçirilə bilər. Məsələn, yol polisi avtomobili cərimə meydançasına apara bilər ki, orada problem məcburi şəkildə aradan qaldırılsın. Lakin bunu daha düzgün qaydada həyata keçirmək üçün yaxşı olardı ki, yol polisinin sistemində xüsusi xəbərdarlıq işarəsi olsun. Məsələn, buna bənzər bir nümunə kimi Gürcüstanı göstərə bilərəm. Orada yol polisi sürücünü saxlayanda dərhal cərimə meydançasında aparılmır. Məsələn, avtomobilin hər hansı lampası, məsələn, işıq-fara lampası yanıb və sürücünün bundan xəbəri yoxdur. Bu halda da eyni qayda tətbiq oluna bilər. Qanuna görə yol polisi avtomobili saxlayaraq bildirə bilər ki, bu vəziyyətdə avtomobil hərəkət edə bilməz. Daha sonra problemin təhlükə səviyyəsinə uyğun qərar verilir. Lakin yol polisi sürücüyə ilk dəfə xəbərdarlıq edə bilər. Bu xəbərdarlıq da sistemdə qeyd olunur".

Ekspert əlavə edib ki, növbəti gün və ya növbəti dəfə həmin avtomobili digər yol polisi əməkdaşı saxladıqda, sistemdən görür ki, sürücüyə artıq xəbərdarlıq edilib: 

"Bu halda sürücünün əvvəlki xəbərdarlıqdan sonra problemi aradan qaldırmadığı nəzərə alınaraq daha sərt tədbir görülür. Avtomobil cərimə meydançasına aparılır və əslində, oradan servisə yönləndirilməlidir. Burada yol polisinin əməkdaşlıq etdiyi servis məntəqələri olmalıdır. Avtomobil həmin servislərdən birinə yönləndirilməli, usta tərəfindən texniki problem aradan qaldırılmalı və bundan sonra servis tərəfindən rəy verilməlidir. Yalnız həmin rəydən sonra avtomobilin yenidən yola çıxmasına icazə verilə bilər. Məsələn, yol polisi ən azı 20-30 və ya 50 normal servis məntəqəsini əvvəlcədən müəyyənləşdirə bilər. Bu servislərin qeydiyyatdan keçmiş, müvafiq sertifikatları olan və etibarlı ustalara malik olduğu təsdiqlənə bilər. Yol polisi də avtomobilləri həmin servislərə yönləndirə və servislərin verdiyi arayışın məsuliyyətini müəyyən edə bilər. Bu şəkildə proses daha düzgün və daha sivil həyata keçirilə bilər".

Oxunub : 106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh