Qadınlar üçün taksi

ABŞ-ın Nyu York şəhərində qadınlar üçün yeni taksi xidməti fəaliyyətə başlayıb. Belə ki, kişi sürücülərlə eyni nəqliyyat vasitəsinə əyləşmək istəməyən zərifləri mənzil başına elə öz həmcinsləri çatdıracaq. ATVxəbər.az bildirir ki, yeni xidmət mobil proqram əsasında tənzimlənir. Yəni bu xidmətdən istifadə etmək istəyən xanımlar internet vasitəsilə sifariş verir, bir neçə dəqiqə sonra sürücüsü qadın olan taksilər onların qulluğunda hazır olur. Bu proqram qadınlar üçün yeni və təhlükəsiz iş yerlərinin açılmasına da şərait yaradıb. Avtomobili olan hər bir qadın sifariş qəbul edib, başqa xanımları istədiyi ünvana çatdıra bilir. Amma bu taksidədə sürücüləri yoran bəzi xüsusiyyətlər var. Mütəxəssislər deyir ki, qadınlar üçün taksilər hər kəsdən çox naməhrəmlə yol getməyi xoşlamayan müsəlmanların və ortodoks yəhudilərin işinə yarayacaq. Nyu Yorkda gündən günə nüfuz qazanan “Qadın Taksi xidməti” yaxın vaxtlarda başqa ştatlar və şəhərlərdə də fəaliyyətə başlayacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












