Qalmaqallı bloger "Ferrari" ilə Bakı küçələrində - VİDEO

Rusiyanın ən məşhur avtomobil blogeri Erik Davidiç Bakıda "Ferrari" ilə test-drayv edib. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, Erik "Ferrari"nin "458 Italia Spider" modeli ilə paytaxt küçələrində şou göstərib. 578 at gücünə malik "Ferrari"nin maksimum sürəti 325 km/saatdır. Bloger avtomobillə test-drayva Azadlıq meydanından başlayıb. Bütün rakurslardan avtomobilin hərəkəti çəkilərək "Ferrari"nin bütün xüsusiyyətləri təqdim edilib. Erik sürətinə görə avtomobili tərifləsə də, salona görə sərt tənqid etdi. O bildirib ki, min km məsafə qət etmiş avtomobilin oturacaqları artıq sıradan çıxır. Bakının böyük prospektlərində sürətli avtomobil idarə edən Davidiçin bəxti gətirməyib və tıxaca düşüb. O, tıxacda da boş durmayıb və ətrafındakı avtomobillərə yaxınlaşaraq "Ferrari" barəsində söhbət edib.


Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












