Qənirə Paşayeva qəhrəman şəhidimizin ailəsi ilə görüşüb. - FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, leytenant Ərtoğrul Nadirlinin atası Hümbət Nadirli ilə görüşüb, şəhid atasını tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb. Ərtoğrul Nadirli (31.03.1997; Sədərək— 02.10.2020; Kəlbəcər) Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Q.Paşayeva canını Vətən uğrunda fəda etmiş zabitin atasının, ailə üzvlərinin fədakarlığını, dəyanət və mətanətini xüsusi vurğulayıb: "Oğlunuzun nəşi, şəhidliyindən 52 gün sonra Sədərək Şəhidlər Xiyabanında dəfn edilib. Siz 52 gün yol gözləmisiz; sizin “təki balam gəlsin, qurban kəsəcəyəm” sözünüz və Ərtoğrulun cənazəsi gələn gün, tabutun önündə qurban kəsməyiniz bütün respublikada, dünya azərbaycanlıları arasında geniş təsir oyatdı. Oğlunuz tarixi zəfərin qazanılmasında öz rolunu oynadığı kimi, siz də öz ata dəyanətinizlə örnək oldunuz. Biz Sizə çox minnətdarıq. Övladınızın ruhu qarşısında baş əyirik! Ruhu şad olsun"!
Görüşdə "Xalça dünyası" MMC-nin direktoru Əhməd Hüseynov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB sədri Arzu Bağırova iştirak edib.
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır













