Qeydiyyatdan keçən avtomobillərin 30 faizi sığortasızdır

Respublika üzrə qeydiyyatdan keçmiş avtomobillərin təqribən 30%-i icbari sığortaya cəlb olunmayıb. Avtosfer.az Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Dövlət Sığorta Şirkətinin sədri Məmməd Məmmədov bildirib. “Avtomobillərin icbari sığortaya cəlb olunmasında DYP-nin və digər təşkilatların köməyinə ehtiyac var” - deyə, sədr bildirib.
Onun sözlərinə görə, cari ilin sonunadək şirkət iqtisadi cəhətdən səmərəli olmayan bir neçə filialını bağlayacaq: “Dövlət Sığorta Şirkəti respublikanın bütün rayon və şəhərlərində hüquqi və fiziki şəxslərə 28 könüllü, 8 icbari sığorta növü üzrə xidmət göstərən 79 filialı mövcüddür.Şirkətin İdarə Heyətinin müvafiq qərarları ilə iqtisadi cəhətdən səmərəli olmadığına görə Sumqayıt şəhəri, Naftalan şəhəri, Zərdab rayon və 2 saylı Bakı şəhər filiallarının fəaliyyəti dayandırılıb. Cari ilin sonunadək iqtisadi cəhətdən səmərəli olmayan bir neçə filialın fəaliyyətinin dayandırılması nəzərdə tutulub”.
M.Məmmədov qeyd edib ki, sığorta hadisələri nəticəsində zərərçəkmiş əmlak sahiblərinə 1 mln. manat sığorta ödənişi verilib: “Respublika üzrə mövcud olan yaşayış evlərinin və mənzillərin cəmi 6%-i icbari sığortaya cəlb olunub. Bu səbəbdən də Dövlət Sığorta Şirkəti tərəfindən 89 526 yaşayış evi və mənzil sığorta olunmaqla 3 mln. manat sığorta haqqı toplanmasına nail olunub. Qeyd olunan dövrdə qanunda nəzərdə tutulmuş sığorta hadisələri nəticəsində zərərçəkmiş əmlak sahiblərinə 1 mln. manat sığorta ödənişi verilib”.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












