Qəza törədən “Chagman” sürücüsü hadisə yerindən qaçdı – Heç kim tapa bilmir

Sürücü Nasir Vüsal "Hüquqşünaslar" qrupunda yol-nəqliyyat hadisəsi ilə bağlı paylaşım edib. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 25-də, saat 23:15 radələrində baş verib: “Ailə-uşaqla evə getdiyim yerdə Babək prospektinin sonu – “Medical Plaza”nın qabağında “Chagman” markalı maşın arxadan məni vurdu, sonra sol tərəfdən keçmək istəyərkən sürücü tərəf qapı və “krılo”nu cırıq-cırıq elədi. Düşüb razılığa gələ bilmirdik. Salamatçılıq idi, amma uşaq qorxmuşdu, başım uşağa qarışdı, o da sürüb getdi. Nə maşının nömrəsini, nə də sürücünün telefon nömrəsini götürə bildim. 3 dəfə 102-yə, 1 dəfə 902-yə zəng elədim, ancaq YPX gəlmədi. PPX gəldi ki, get 24-cü bölməyə, oradan çağırırlar sizi.
“Chagman”ın nömrəsini bilmədiyimə görə Bakı şəhər DYP İdarəsinə getdim. Kamera açıldı hoqqa bundan sonra başladı. Yan-yana duran 2 maşından mənim nömrən ay kimi aydın görsənir, amma “Chagman”ın nömrəsi qətiyyən görünmür. Ondan sonra “Chagman”ın getdiyi istiqamətdə 3 TŞ kamerasına baxdıq, nömrə yenə görsənmirdi. Hətta nömrədən əlavə arxaya böyük şriftlərlə yazılan nömrə də görsənmədi. Ərizəmizi yazıb qayıtdıq evə. inspektor isə dedi ki, əgər tapılsa və sığortası olsa sığorta ödəyəcək dəyən ziyanı, sığortası olmasa özünüz razılaşarsız. Tapılmasa isə get özün düzəltdir maşını. İndi mən başıma haranın daşını salım?”.
Bakı şəhər DYP İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, qəza törədərək hadisə yerindən qaçan sürücünün tapılması üçün zəruri tədbirlər görüləcək. Hazırda araşdırmalar davam edir.
Günel
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










