Qəzaya düşən icra başçısının oğlu ilə bağlı məhkəmə başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “McDonalds”ın Azərbaycan nümayəndəsi Maqsud Mirzəyevin oğlunun ölümü faktı ilə bağlı hazırlıq iclası keçirilib. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, məhkəmə iclasına hakim Ramella Allahverdiyeva sədirlik edib. Məhkəmənin hazırlıq iclasında bütün tərəflər, o cümlədən 1-ci dərəcəli təqsirli qisimində bilinən İlham Əsgərli, 2-ci dərəcəli təqsirli qismində bilinən Əhliman Hüseynov, zərərçəkmiş qisimində tanınan Maqsud Mirzəyev və tərəflərin nümayəndələri və vəkilləri iştirak edib. Məhkəmə istintaq işləri ilə tanış olub, dəqiqləşdirmələr apardıqdan sonra işə baxış üçün növbəti iclası aprelin 8-nə saat 10-a təyin edib.
Xatırladaq ki, sözügedən qəza 29 sentyabr 2014-ci il tarixində Zığ – Hava Limanı şosesində baş verib. Sənan Mirzəyevin də əyləşdiyi “Mercedes” markalı avtomobil Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşınına çırpılıb. Nəticədə İlham Əsgərli və Pərvin Fətullayev xəstəxanaya yerləşdirilib. Sənan Mirzəyev 3 saylı Sabunçu Klinik xəstəxanasınd vəfat edib.
Qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev “MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu, İlham Əsgərli isə Səbayel İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












