Qışda avtomobilinizi bu hallarda yuyun - XƏBƏRDARLIQ

Havalar get-gedə soyumağa davam edir və bir müddət sonra qar yağma ehtimalı var.
Bəs qar yağanda və yollar buzlu olduqda avtomobillər hansı hansı vaxtlarda yuyulmalıdır?
Avtosfer.az-ın məlumatına görə, avtomobil ustası Sahil Ağabəyli Redaktor.az-a bildirdi ki, yol buz olanda təkərin arxasından çırpıntılar çıxır, buz qırıqları, qar yığıntısı və ya su sıçrayışı təkərlərin arxa tərəfində palçıqlığa yığılır:
"Buz təbəqəsi yığılanda avtomobil bir balaca nahamar yolda ora dəyərsə, avtomobilə zərər gətirə bilər. Həmin hissə buz təbəqəsi avtomobilin qanadlarına zərər verə bilər. Mütləqdir ki, sürücü həmin anda saxlayıb avtoyuyuculardan birində təkərlərin arxasında yerləşən palçıqlığı, buz təbəqəsini şırnaqlı su ilə yuyub təmizləməlidir. Heç bir halda alətlə vurub onu qoparmaq olmaz, çünki boyaya zərər vura bilər".
Müsahibimiz sonda qeyd etdi ki, Azərbaycanda qış aylarında buzdan və qardan sonra avtomobilləri ən azından qaldırıcıya qaldırıb alt nahiyəni köpüklü şampunla, yəni duzqovucularla tamamilə yumaq lazımdır.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












