Qubanın 30-dan çox kəndi ilə marşrut əlaqəsi kəsilib - FOTOLAR

Yeni ilin ilk günlərindən başlayaraq şimal bölgəsinə yağan güclü qar nəqliyyatın işini iflic edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, ən çox qar Qrız kəndinə düşüb - 84 sm. Xınalıq və Ləzə kəndlərində qarın qalınlığı 70 sm., Quba şəhərində isə 47 sm.-dir. Havanın temperaturu -21 dərəcəyə enib. Yağan qar bütün yollarda, o cümlədən Quba-Xınalıq, Quba-Qonaqkənd və Quba-Tüləkəran-Zeyid Buduq yollarında problemlər yaradıb. Bu yolların bağlı olması səbəbindən sözügedən kəndlər istiqamətində gedən avtomobillər geri qayıtmaq məcburiyyətində qalır. Əraziyə Quba rayon 6 saylı Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Səkkiz kəndə gedən yol bir neçə dəfə açılsa da, qar uçqunları səbəbindən yollar yenidən bağlanıb. Güclü qar Quba avtovağzalının işində də çətinliklər yaradıb. Avtovağzalın növbə rəisi Rəhman Dadaşov "Report"a bildirib ki, 30-dan artıq kəndlə, eləcə də Xudat şəhəri ilə marşrut əlaqəsi kəsilib.
Hidrometeoroloqlar şaxtalı hava şəraitinin hələ 2 gün davam edəcəyini proqnozlaşdırırlar.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR























