Radara düşməmək üçün görün nə etdilər - FOTO

Bakıda radara düşməmək üçün avtomobilin dövlət nömrə nişanına «əl gəzdirən» sürücülər peyda olub. Onlardan birinin avtomobilinin fotosunu oxucular Avtosfer.az-a göndərib. Fotodan da göründüyü kimi, «Mercedes» markalı avtomobilin nömrəsinə bilərəkdən müdaxilə olunub. Bəzi nömrələrdə soyulma olur və bunu kənardan baxanda da görmək mümkündür. Lakin məhz bu avtomobilin nömrəsinə bilərəkdən müdaxilə olunduğu aydın görünür. Sürücü radara düşməmək üçün avtomobilin dövlət qeydiyyat nişanında həriflərdən və axırıncı rəqəmlərdən birinin üzərini qara boya ilə bir qədər görünməz hala salıb. Fotodan da nömrəni dəqiq görmək mümkün deyil. Ehtimal etmək olar ki, bu avtomobilin nömrə nişanı 90 DN 654-dür. Lakin axırıncı rəqəmi elə qaralayıb ki, tam dəqiq görünmür. Çox güman ki, Dövlət Yol Polisi İdarəsi bu maşını və nömrəni görüb müvafiq tədbir görəcək.
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı











