Radara düşüb SMS gözləyənlərə vacib xəbər - VİDEO

Sürət həddini aşan sürücülər haqqında elektron protokollar tərtib edilir və bu “ASAN” ödəniş sistemi ilə onların mobil telefonlarına SMS-lə bildirilir. SMS məlumatın gəlməsi üçün mütləq sürücünün mobil nömrəsi yol polisinin məlumat sistemində olmalıdır. Ancaq əksər sürücülərin mobil nömrələri qeydiyyatda yoxdur. Bəs belə sürücülər nə etməlidirlər?
Bildirək ki, 2014-cü ilə qədər avtomobillər qeydiyyata alınarkən sahibinin telefon nömrəsinin yol polisinə verilməsi mütləq deyildi. Ona görə də xeyli sürücünün mobil telefon nömrəsi yol polisinin məlumat bazasında yoxdur. “ASAN” ödəniş sisteminin tətbiqi ilə mobil nömrənin də qeydiyyata alınması şərt kimi qoyulub. Bu, sürücülərin daha operativ məlumatlandırılması məqsədi daşıyır.
Məsələn, radarların sürət rejiminin yenidən tənzimlənmasindən sonra 38 min nəfər saatda 10-20 kilometr sürət həddini aşdığına görə cərimələnmişdi. Onların neçə faizinə SMS məlumatın gəlməsi məlum deyil. Düzdür, sonradan elektron protokollar vətəndaşın yaşadığı ünvana göndərilir, amma mobil nömrənin qeydiyyatda olması mübahisəli məsələlərin həllində yardımçı ola bilər.
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO










