Rayondan Bakıya gələnlərin maşını belə saxlanılır - FOTOLAR

I Avropa Oyunları ilə əlaqədar olaraq bu gün 16:30-dan başlayaraq rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhəri ərazisinə girişinə qadağalar tətbiq olunmağa başlanılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin 6-cı tağımının baş inspektoru, polis baş leytenantı Bakir Həsənov məlumat verib. Onun sözlərinə görə, Bakı şəhəri ərazisinə daxil olmaq istəyən sürücülərə tövsiyə olunur ki, ya hərəkət istiqamətini dəyişsinlər, ya da nəzərdə tutulmuş dayanacaqlarda avtomobillərini park edərək ictimai nəqliyyatdan istifadə etməklə şəhərə daxil olsunlar: "Bütün bunlar vətəndaşların Bakı şəhəri ərazisinə daxil olmasını qadağan etmir. Sadəcə, Olimpiya iştirakçılarının, idamançıların və sakinlərin təhlükəsizliyini təmin etmək, eyni zamanda, sıxlığın və tıxacların qarşısını almaq məqsədilə I Avropa Oyunları bitənə qədər bu kimi vasitələrdən istifadə olunacaq".
B.Həsənov əlavə edib ki, DYP-nin əməkdaşları təyin olunan ərazilərdə 24 saat xidmət aparacaqlar. "Burada təkcə rayon qeydiyyatında olan maşınlar deyil, eyni zamanda, texniki nasaz olan avtomobillər də Bakı şəhəri ərazisinə buraxılmayacaq. Avtomobillərin ön və arxa hissələrində müəyyən detalların olmaması, əlavə avadanlıqlar quraşdırılan avtomobillərin də Bakı şəhəri ərazisinə daxil olmasına qadağalar qoyulub. Bütün bunlara nəzarət isə DYP əməkdaşlarına həvalə olunub və onlar təyin olunan ərazilərdə növbəli şəkildə 24 saat xidmət aparacaqlar".
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR



















