Rayondan Bakıya maşınla gələnlərə şad xəbər: Yol açıqdır - VİDEO

Avropa Oyunları ilə əlaqədar paytaxta rayon qeydiyyatlı avtomobillərin girişi qadağan edilmişdi. Qadağa iyulun 1-də başa çatsada Baş Dövlət Yol Polis İdarəsi sonra bu müddəti 10 gün uzatmışdı. Artıq həmin vaxtdan 4 gün keçib. Bu gün əməkdaşlarımız paytaxtın şimal və cənub girişində olublar. Hazırda həmin ərazilərdə vəziyyət necədi?
Avropa Oyunları öncəsi Bakı qeydiyyatı olmayan avtomobillərin şəhərə girişinə qoyulmuş məhdudiyyətin vaxtı 10 gün uzadılmışdı. Səbəb tıxac probleminin aradan qaldırılması məqsədi ilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasında aparılan müzakirələr idi.
Komisiyanın ilk iclasında Nəqliyyat nazirliyi rayonlardan gələn bütün növ avtomobillərin Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılması və bu müddət ərzində şəhərdə hərəkətinə icazə verilməsini, rayonlardan gələn ictimai nəqliyyatın şəhərə daxil olması ilə bağlı isə heç bir məhdudiyyətin qoyulmamasını təklif etmişdi. Bu təkliflərə komissiya üzvlərinin müsbət yanaşsa da yol polisi şimal və cənub girişlərdəki postları ləğv edib.
Baş Dövlət Yol Polis İdarəsindən bildirdilər ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının son qərarına qədər bu mövzu ilə bağlı açıqlama verməyəcəklər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












