Rayondan Bakıya xəstə gətirən maşınlar şəhərə buraxılacaq

Son günlər sürücülərlə bağlı ən mühüm məqamlardan biri də rayonlardan Bakıya gələn maşınlarla bağlıdır. Avtosfer.az xəbər verir ki, Bakıya daxil olan avtomobillərlə bağlı hansı yeni qaydaların tətbiq olunacağı ilə bağlı sualları cavablandıran Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nüşrəvan Səfərov bildirib ki, atılan addımlar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlıdır: «Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə rayon sakinlərinə tövsiyyə edirik ki, vacib iş olmadan, heç bir zərurət olmadan Bakıya gəlməsinlər. Əgər gəlirlərsə, ictimai nəqliyyatdan daha çox istifadə etsinlər. Biz bunun üçün şərait də yaratmışıq. Bakının girəcəklərində – 3 yerdə Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə xüsusi dayanacaqlar yaradılıb. Öz şəxsi maşını ilə Bakıya gələn sürücü avtomobilini həmin dayanacaqlarda saxlayıb avtobuslarla şəhərə gələ bilər. Yəni, həmin yerlərdən şəhərə avtobuslar işləyəcək. Bunun üçün də şərait yaradılıb. Bu çox vacib məsələdir və mən bunu dönə-dönə deyirəm ki, Bakı şəhərinə nəqliyyat vasitəsi ilə mümkün qədər az daxil olmaq lazımdır. Həmin dayanacaqlarda sürücülər maşını bir neçə gün saxlaya bilərlər. Heç bir problem yoxdur. Tərəfimizdən mühafizə olunan həmin dayanacaqlarda heç bir ödəniş nəzərdə tutulmayıb. Bakı-Astara yolunun 14-cü kilometrliyində – Şıx qəsəbəsi ərazisində 8-10 hektarlıq ərazidə dayanacaq yaradılıb. Orada xeyli maşının dayanması üçün imkan var. Mən orada heç bir problem görmürəm».
Rayondan Bakıya xəstə gətirən avtomobillərlə bağlı fikirlərini açıqlayan DYP rəisi bildirib ki, əgər maşın rayondan gəlirsə, içərisində xəstə varsa, ona köməklik göstəriləcək: «Əlbəttə, bizim borcumuzdur ki, ona şərait yaradaq. Şərait yaradacağıq ki, xəstəni vaxtında xəstəxanaya çatdırsın. Yol polisi buna şərait yaradacaq».
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










