Rolls-Royce Cullinan Black Badge 600 at qüvvəsinə malik olacaq

Bu günə qədər Rolls-Royce avtomobilləri arasında Black Badge modifikasiyasına Ghost, Wraith və Dawn modelləri malik olublar. Lakin, bu yaxınlarda "qara nişanı" daşıyan modellərin sırasına Rolls-Royce Cullinan ofrouderi də qatılacaqdır. Britaniya istehsalçısı yeni modifikasiyanı sertifikatlaşdırmaq üçün Rosstandarta müraciət edib. Xatırladaq ki, Rolls-Royce Cullinan Black Badge rəsmi olaraq təqdim edilməyib.
Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, adi Rolls-Royce Cullinan 571 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 6,75-litrlik V12 biturbomühərriki ilə təchiz edilir. Sertifikasiya sənədlərində Cullinan Black Badge modelinin mühərrikinin 600 at qüvvəsinə və 900 Nm fırlanma anına malik olduğu qeyd edilib. Mühərrik yeni idarəetmə blokuna və buraxılış sisteminə sahib olub. Bununla belə. BorgWarner turbokompressorları dəyişilməz qalıblar.
Böyük ehtimalla, "qara" Cullinan yenidən tənzimlənmiş asqı sisteminə və sükan mexanizminə sahib olacaqdır. Əlbəttə ki, eksteryer və interyerin qara rəngli dekor elementlərini də yaddan çıxarmaq olmaz.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?











