“Rolls Royce” “Goodwood”a 376 milyon dollar sərmayə yatıracaq

Böyük Britaniyanın lüks avtomobil istehsalçısı “Rolls Royce” elit müştəriləri üçün fərdi avtomobillərə daha çox diqqət yetirmək, “Goodwood” zavodunu genişləndirmək məqsədilə 300 milyon funt sterlinq (376 milyon dollar) sərmayə yatıracağını elan edib.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu avtomobillər qızıldan hazırlanmış heykəllərdən tutmuş mirvari incilərlə bəzədilmiş sənət əsərlərinə qədər müxtəlif fərdi dizayn elementlərini özündə əks etdirə bilər. Digər lüks avtomobil istehsalçıları kimi “Rolls Royce” da zəngin müştərilər arasında fərdi avtomobillərin xüsusi dizaynına olan tələbatın əhəmiyyətli dərəcədə artdığını müşahidə etdiyini bildirib.
Təkcə 2024-cü il ərzində “Rolls Royce”un sənətkarları möhtəşəm əl işləri ilə diqqət çəkib. Bu işlərə 18 karatlıq qızıldan hazırlanmış heykəllər, 869 min 500-dən çox tikişdən ibarət unikal tikmələr, 500 xüsusi formalı taxta hissədən ibarət taxta örtüklər və holoqrafik boya örtükləri daxildir.
Şirkətin sözlərinə görə, bu sərmayə 2003-cü ildə zavodun açılmasından bəri ən böyük sərmayədir. Həmin vaxt zavodda 300 nəfər çalışırdı və hər gün bir avtomobil istehsal edilirdi. Hazırda “Goodwood” zavodu 2 min 500 nəfər işçi ilə gündəlik 28 avtomobil istehsal edir.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










