Rusiyada ən çox hansı marka minik avtomobilləri satılıb?

2025-ci ildə Rusiyada yeni minik avtomobillərinin satışı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Avtosfer.az "Yeniavaz"a istinadən xəbər verir ki, ötən il ölkədə 1 milyon 326 min 16 yeni minik avtomobili satılıb.
Bu göstərici 2024-cü ilin nəticələri ilə müqayisədə 15,5% azdır. Belə ki, 2024-cü ildə Rusiyada 1 milyon 571 min 238 avtomobil satılıb.
Satışlarda azalmaya baxmayaraq, yerli “Lada” markası bazarda liderliyini qoruyub saxlayıb. 2025-ci ildə “Lada” avtomobillərinin satışı 329 min 890 ədəd təşkil edib. Bu isə ümumi satışların təxminən dörddə biri deməkdir. Bununla belə, markanın bazar payı ötən illə müqayisədə azalaraq 28%-dən 24,9%-ə enib.
Xarici brendlər arasında satışlarda liderliyi Çin istehsalçısı “Haval” qoruyub. Şirkət il ərzində 173 min 302 avtomobil satıb. Onu digər Çin markaları “Chery” (99 min 810 ədəd) və “Geely” (94 min 47 ədəd) izləyib. İlk onluqda həmçinin Belarusun “Belgee” markası (68 min 64 avtomobil), Çinin “Changan” (66 min 242), “Jetour” (36 min 472), Rusiyanın “Solaris” (34 min 519) və “Tenet” (33 min 484) markaları yer alıb. Rəsmi satışları dayandırılmasına baxmayaraq, Yaponiyanın “Toyota” markası da 29 min 144 avtomobillə ilk onluğa daxil olub.
İllik dinamika baxımından ən yüksək artım “Solaris” markasında qeydə alınıb. Şirkətin satışları ötən illə müqayisədə 132 faiz artıb. “Belgee” markasında da müsbət dinamika müşahidə olunub – satışlar 96,5 faiz artıb. Rəsmi olaraq Rusiyada satılmayan “Toyota” avtomobillərinin satışları isə 40,3 faiz yüksəlib.
Model reytinqində ardıcıl dördüncü ildir ki, liderlik “Lada Granta” ailəsinə məxsusdur – 146 min 990 ədəd. İkinci yerdə “Lada Vesta” (79 min 796 ədəd) qərarlaşıb. Xarici avtomobillər arasında isə 2025-ci ildə ən çox satılan model “Haval Jolion” krossoveri olub – 65 min 757 ədəd.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










