Rusiyada lüks avtomobillərin satışı artıb

Bu ilin ilk 11 ayında Rusiyada 638 lüks avtomobil satılıb ki, bu da ötən ilin yanvar–noyabr ayları ilə müqayisədə 28 faiz çoxdur.
Avtosfer.az "Yeniavaz"a istinadən xəbər verir ki, lüks seqmentdə ən çox satılan markalar “Rolls-Royce” (205 avtomobil), “Bentley” (184) və “Lamborghini” (143) olub.
Təkcə noyabr ayında Rusiyada 65 lüks avtomobil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 1,5 dəfə çoxdur.
Noyabr ayının nəticələrinə görə, satış reytinqinə 20 avtomobillə “Bentley” başçılıq edib. Onu 18 avtomobillə “Lamborghini”, 14 avtomobillə isə “Rolls-Royc”e izləyib. Həmin ay “Ferrari”, “Aston Martin” və “Maserati” markalarından hər biri üzrə üç yeni avtomobil satılıb.
“Avtostat” nümayəndələrinin sözlərinə görə, yeni lüks avtomobil bazarı 2025-ci ilin aprel ayından etibarən davamlı artım nümayiş etdirir. Ümumilikdə, bu seqmentdə artım 2023-cü ildən müşahidə olunur. Həmin il satışlar 30 faiz artaraq 447 avtomobilə, 2024-cü ildə isə 27 faiz artımla 586 avtomobilə çatıb. Bununla belə, mövcud göstəricilər hələ də 2021-ci ildə qeydə alınan 931 avtomobil səviyyəsindən aşağıdır.
Analitiklər qeyd edirlər ki, lüks avtomobillərin Rusiyaya idxalı əsasən Belarus vasitəsilə həyata keçirilir. “Avtostat”ın məlumatına görə, 2025-ci ilin yanvar–iyul aylarında bu ölkə üzərindən Rusiyaya 89 “Rolls-Royce”, 87 “Lamborghini”, 76 “Bentley” və 76 “Ferrari” avtomobili gətirilib.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












