Rusiyada minik avtomobillərinin satışları 15,2 faiz azalıb

2025-ci ildə Rusiyada yeni minik avtomobillərinin satışları 15,2% azalaraq 1 316 789 ədədə düşüb.
Avtosfer.az “İnterfaks”a istinadən xəbər verir ki, bu, Sənaye və Ticarət Nazirliyinin məlumatında yer alıb.
Məlumata görə, Rusiya minik avtomobilləri bazarı dekabr ayını 135 084 ədəd nəticə ilə başa vurub.
Nazirlik qeyd edib ki, 2025-ci ilin sonuna Rusiya istehsalı olan nəqliyyat vasitələrinin payı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz bəndi artaraq 56%-ə çatıb. Dekabr ayında Rusiyada istehsal olunan nəqliyyat vasitələrinin satışı 92 700 ədəd təşkil edib ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 22,6% çoxdur.
Ötən il avtomobil bazarında ən əhəmiyyətli azalma kommersiya nəqliyyat vasitələri seqmentlərində, xüsusən də yük maşını seqmentində baş verib.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












