Rusiyaya gedən alternativ yolda yük maşınlarının keçidi məhdudlaşdırılacaq - VİDEO - FOTO

Artıq bir neçə gündür ki, Xaçmazın Qudyalçay körpüsünün yaxınlığında çəkilən müvəqqəti alternativ yol sürücülərin istifadəsinə verilib.
İndi nəqliyyat vasitələri Xudat-Rusiya sərhədi və Xaçmaz-Bakı istiqamətinə uçan körpünün yanından yeni salınmış yoldan keçməklə hərəkət edirlər.
Müşahidələrimiz zamanı alternativ yoldan sürücülərin rahatlıqla keçdiklərini gördük. Onlar körpü uçandan sonra Qımılqışlaq kəndi istiqamətindən alternativ kimi təklif edilən 6 km çınqıllı yolla müqayisədə, bu yolun çox sərfəli olduğunu deyirlər.
Müşahidələrimiz zamanı çoxtonnajlı yük maşınlarının da bu yoldan istifadə etdikləri diqqətimizdən yayınmadı.
Bəs yük avtomobillərinin istifadəsi alternativ yolun qısa zamanda çökməsinə səbəb ola bilərmi?
Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirilib ki, alternativ yolun yük maşınlarının keçməsi səbəbindən çökməsi mümkün deyil:
“Bunu baxmayaraq, qarşıdakı həftənin ilk günündən yük avtomobillərinin keçidinə məhdudiyyət qoyulacağı barədə qərar verəcəyik”.
Hələlik isə, yeni inşa edilən körpünün inşası sürətlə davam edir.(bizimmedia)
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












